Zərdabın Əlibəyli kəndinə canavarlar hücum edib
13 noyabr 2010 19:03 (UTC +04:00)

Zərdabın Əlibəyli kəndinə canavarlar hücum edib

APA-nın yerli bürosunun xəbərinə görə, bir neçə gün əvvəl kənd sakini Natiq Məlikovun fərdi təsərrüfatına hücum edən yırtıcılar onun atını parçalayıblar.

Canavarların yenidən hücum edəcəyini ehtimal edən kənd sakinləri ətə zəhər qataraq təsərrüfatın həyətinə atıblar. Dünən kəndə soxulan iki canavar zəhərli ətdən yeyərək ölüb.

Sakinlər havalar soyuyandan sonra canavarların tez-tez kəndə hücum etdiklərini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339

Oxşar yazılar