
Bakı-Qazax yolunda ağır qəza: 1nəfər ölüb, 2 nəfər yaralanıb
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mahmud Maqsudov APA-nın yerli bürosuna bildirib ki, hadisə noyabrın 14-də saat 8:30 radələrində magistral yolun 242-ci kilometrliyində, Ucarın Alpoud kəndi ərazisində qeydə alınıb. Məlumata görə Sumqayıtın Corat qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Vəliyev Arif Tahir oğlunun idarə etdiyi 50-CD-354 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdən gələn Tərtərin Qapanlı kənd sakini 1979-cu il təvəllüdlü Süleymanov Elman İbrahim oğluna məxsus 10 LJ 387 dövlət nömrə nişanlı “VAZ 2102” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinlər-1967-ci il təvəllüdlü Vəliyev Tahir İsaxan oğlu və 1949-cu il təvəllüdlü Quliyev Qəmbər İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. “VAZ 2107” nin sahibi, avtomobili idarə edən sürücünün atası Tahir Vəliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15