Dumanlı hava şəraiti ilə əlaqədar Bakıda bir sıra aviareyslər təxirə salınıb
Dünən dumanlı hava şəraiti nəticəsində Heydər Əliyev Beynəlxalq hava limanında bir sıra aviareyslər təxirə salınıb.
Hava limanından “APA-ECONOMICS”ə verilən məlumata görə, uçuş üçün əlverişli hava şəraiti olmadığından Bakı-Dubay, Bakı-Aktau və Bakı-Moskva marşrutları üzrə aviareyslər təxirə salınıb. Analoji səbəbdən eyni zamanda hava limanı Moskva, Aktau, İstanbul, Dubaydan təyyarələri qəbul edə bilmədiyindən sözügedən şəhərlərdən uçuşlar yerinə yetirilməyib. Hava limanından həmçinin bildirilib ki, təxirə salınmış aviareyslər üzrə uçuşlar hazırda yerinə yetirilir. Dünən “Aeroflot” aviaşirkətinin saat 00:40-da Moskvadan Bakıya gəlməli təyyarə bu gün saat 12:55-də Bakı hava limanına enəcək.

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15