Vahid Mustafayevin qardaşı avtomobil qəzasında həlak olub
16 noyabr 2010 13:10 (UTC +04:00)

Vahid Mustafayevin qardaşı avtomobil qəzasında həlak olub

0
Azərbaycanın tanınmış jurnalistlərindən olan Rəfael Fuad oğlu Mustafayev vəfat edib. Jurnalist noyabrın 14-də Bakıda avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, mərhum ötən gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, R.Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft Kimya Akademiyasının məzunu olub. O, Rusiyanın “Kommersant”, “Novıe İzvesiya” qəzetləri ilə əməkdaşlıq edib. 2004-cü ildən etibarən Rusiyanın “Reqnum” informasiya agentliyinin əməkdaşı olub.

Qeyd edək ki, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qardaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1244

Oxşar yazılar