Sumqayıtda keçmiş məhkumlar 3 ev talayıb
18 noyabr 2010 11:06 (UTC +04:00)

Sumqayıtda keçmiş məhkumlar 3 ev talayıb

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 15-də əvvəllər məhkum olunmuş Ruslan Mansurov M.Abbasovaya məxsus bağ evinə girib. Lakin məqsədini həyata keçirə bilməyən R.Mansurov qaçmalı olub.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərmiş R.Mansurov noyabın 16-da tutulub.

Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, R.Mansurovun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məmmədovla birgə noyabrın 15-də Ç.Rəhimovun və O.Xəlfəliyevin evlərindən də oğurluq etmələri müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar