Zərdabın hərbi komissarı Şirvan Şəhər Polis Şöbəsində ölüb
Bu barədə APA-ya Şirvan Şəhər Polis Şöbəsindən məlumat verilib.
Hadisə ötən gecə qeydə alınıb. Rayonun Heydər Əliyev prospektində üç avtomobilin toqquşması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb. Araşdırmalar nəticəsində məlum olub ki, Rauf Hüseynovun idarə etdiyi “Volkswagen Touareg” markalı, 10 XZ 669 dövlət nömrə nişanlı avtomobil Nizami Məmmədovun idarə etdiyi “Mercedes” markalı və Saday Məmmədovun idarə etdiyi “Hyundai” markalı maşınlarla toqquşub. Nəticədə N. Məmmədov və S. Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Qəzanın baş verməsinə R. Hüseynovun sərxoş vəziyyətdə avtomobili idarə etməsi səbəb olub. Sürücünün sərxoş olduğunu görən əməliyyatçılar onu tibbi müayinədən keçmək üçün xəstəxanaya aparmaq istədikdə R. Hüseynov polis əməkdaşlarını təhqir edib. Nəticədə polis R. Hüseynovu saxlayaraq şöbəyə aparmaq məcburiyyətində qalıb. R. Hüseynov şöbədə bir daha polis əməkdaşları ilə mübahisə edib. Nəticədə o, ürək tutmasından yerə yıxılıb. Hadisə yerinə təcilli tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.
Polisdən həmçinin bildirilib ki, şöbədə ürək tutmasından ölən R. Hüseynov Zərdab rayon hərbi komissarıdır. O, Şirvanda toy mərasimindən qayıdırmış.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar yazılar

Antibiotiklərə erkən məruz qalma körpələrin immun sistemini zəiflədir
15 iyul 2025 , 05:08
Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33