Pul üstündə qonşusunu bıçaqladı
18 noyabr 2010 16:46 (UTC +04:00)

Pul üstündə qonşusunu bıçaqladı

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərəcan kənd sakini Rəcəb Ramazanov öz qonşusu Daşqın Məcidovu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Xaçmaz Şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. Bu səbəbdən də onun ifadəsini almaq mümkün olmayıb.

Qonşunun qonşusunu bıçaqlaması isə borc pul müqabilində baş verib. Belə ki, Rəcəbin Daşqına 2000 manat borcu varmış. İkinci qohum-tanışların yanında Rəcəbin ünvanına danışırmış, ona pul verdiyini, köməklik etdiyini, lakin Daşqının yaxşı hərəkət etmədiyini deyirmiş. Bu söhbətlər Rəcəbin qulağına çatınca qonşusu ilə məsələni birdəfəlik həll etmək qərarına gəlib və onu söhbətə çağırıb. Bu zaman mübahisə daha da qızışıb və R.Ramazanov D.Məcidovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, R.Ramazanov saxlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar