Deputatlığa keçmiş namizəd Azərbaycan-Gürcüstan sərhədində saxlanılıb
19 noyabr 2010 14:43 (UTC +04:00)

Deputatlığa keçmiş namizəd Azərbaycan-Gürcüstan sərhədində saxlanılıb

APA-nın xəbərinə görə, B. Hacıyev Gürcüstan ərazisinə keçmək istəyərkən, “Qırmışı körpü” sərhəd keçid məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən noyabrın 18-də saxlanılıb. Onun saxlanmasının səbəbləri hələlik açıqlanmır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya B. Hacıyevin saxlanması barədə araşdırma aparılandan sonra açıqlama veriləcəyi bildirilib.

Qeyd edək ki, B. Hacıyev noyabrın 7-də keçirilən parlament seçkilərində 17 saylı Yasamal III Seçki Dairəsindən deputatlığa namizəd olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar