Qarabağdakı erməni ordusunda qırğın: 20 ölü, 30-dan çox yaralı
Bu gecə Bakı vaxtı ilə 24.00 radələrində Azərbaycanın işğal olunmuş ərazilərini öz nəzarətində saxlayan Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə yaxın hərbi hissələrinin birində ölümlə nəticələnən insident baş verib. APA-nın “ARMTODAY”a istinadən yaydığı məlumata görə, separatçı rejimin rəsmi dairələri hadisə zamanı ölən və yaralananların olduğu, cinayət işi başlandığı və faktla bağlı araşdırma aparıldığı barədə xəbər yaymaqla kifayətlənib. “DQR Müdafiə Nazirliyinin mətbuat katibi” Senor Asratyan “ARMTODAY”ə ölən və yaralananların sayı ilə bağlı məlumat verməkdən imtina edib. O ölümlə nəticələnən insidentin hərbi hissə daxilində, yoxsa cəbhə xəttində baş verməsi ilə bağlı sualı da cavablandırmaqdan yayınıb: “Hazırda hadisənin təfərrüatları araşdırılır, bundan başqa heç nə deyə bilmərəm”.
APA-nın özəl mənbələrdən əldə etdiyi məlumata görə isə qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən hərbi hissədə erməni hərbçiləri arasında atışma baş verib. Atışma nəticəsində 20-dən artıq erməni hərbçisi ölüb, 30-dan artıq şəxs yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır, mənbə qeyd olunan rəqəmlərin sayının arta biləcəyini istisna etməyib.

Oxşar yazılar

Əsgəranda avtomobildən 120 kilo yararsız ət tapıldı
15 iyul 2025 , 14:08
Zaqatalaya yeni prokuror təyin olundu
15 iyul 2025 , 13:07
Gənc oğlan qayıanasının pul və qızıllarını oğurladı
15 iyul 2025 , 12:51
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
15 iyul 2025 , 12:24
Azərbaycanda yanan şagird öldü
15 iyul 2025 , 11:27
Abşeron Gənclər şəhərciyində PARTLAYIŞ: ölən var - VİDEO - YENİLƏNİB
15 iyul 2025 , 10:29
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
15 iyul 2025 , 09:24