Futbol klubunun emblemi prezervativə həkk olunacaq
20 noyabr 2010 15:43 (UTC +04:00)

Futbol klubunun emblemi prezervativə həkk olunacaq

Belçikanın “Gent” klubunun rəhbərliyi Bolqarıstanın “Levski” komandası ilə dekabrın 1-də keçirəcəkləri Avropa Liqası matçı ərəfəsində 600 prezervativ buraxacaq. Lent.az-ın “Novspor”a istinadən verdiyi məlumata görə, prezervativlərin üzərində “Gent”in emblemi həkk olunacaq.

1 dekabr - Beynəlxalq QİÇS-lə Mübarizə günüdür. Amma klubu belə addım atmağa bu əlamətdar tarix sövq etməyib. Sadəcə, rəhbərlik “Levski” ilə görüşdə qələbənin əhəmiyyətini bu yolla göstərmək istəyib.

Qeyd edək ki, Avropa Liqasında C qrupunda yer alan “Gent” 4 turdan sonra 4 xalla 4-cü yeri tutur. Onun ən yaxın rəqibi də eyni miqdarda xala malikdir. Bu komandalar arasındakı ilk matçda “Levski” 3:2 hesabı ilə qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar