Məkkədə azərbaycanlı zəvvarların qaldığı oteldə yanğın olub
20 noyabr 2010 18:38 (UTC +04:00)

Məkkədə azərbaycanlı zəvvarların qaldığı oteldə yanğın olub

Zəvvar Hacı Namiq Qurbanovun Məkkədən APA-ya verdiyi məlumata görə, yanğın otelin 5-ci mərtəbəsində otaqlardan birində elektrik şəbəkəsində yaranan qısaqapanmadan baş verib. Nəticədə çarpayılardan birinin örtüyü alovlanıb. Otelin təhlükəsizlik xidməti işçilərinin müdaxiləsi nəticəsində yanğın dərhal söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

N. Qurbanov onu da bildirib ki, Həcc mövsümü başa çatdığından zəvvarlar artıq hissə-hissə Məkkəni tərk edirlər. Avtobusla Həccə gəlmiş azərbaycanlı zəvvarlar dünən axşamdan Vətənə yola düşməyə başlayıblar. Dünən yola çıxmış avtobuslar artıq İordaniya sərhədinə yaxınlaşır.

Azərbaycanlılardan ibarət sonuncu zəvvar qrupu isə noyabrın 25-də Ciddə hava limanında təyyarə ilə Bakıya yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar