Ağdamda toya tələsən qohumlar qəzaya düşdü: 6 yaralı
23 noyabr 2010 14:56 (UTC +04:00)

Ağdamda toya tələsən qohumlar qəzaya düşdü: 6 yaralı

Lent.az-ın məlumatına görə, Ağcabədi rayon sakini Seymur Bayramov idarə etdiyi "Mercedes"i yolun kənarındakı istifadə edilməyən mağazaya vurub.

Nəticədə xəsarət almış S.Bayramov və sərnişinləri, Ağcabədi rayon sakinləri Ayaz Məmmədov, Murtuz Qarayev, Fərqanə Mehrəliyeva, İbrahim Bayramov və onun qardaşı Ayxan xəstəxanaya yerləşdiriliblər. Xəstələrin vəziyyəti orta-ağırdır.

Lent.az-a verilən digər məlumata görə, Ağcabədi sakinləri Ağdama toya tələsirmişlər. Onlar qohum olublar.


Hadisə ilə bağlı Ağdam RPŞ tərəfindən araşdırma aparılır.


Nizam
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar