Şabranda keçmiş ət birliyinin yardımçı binası yanıb
23 noyabr 2010 19:15 (UTC +04:00)

Şabranda keçmiş ət birliyinin yardımçı binası yanıb

0
Bu gün Şabran rayonunda yanğın hadisəsi baş verib. Rayonun Maytablı kəndində sovet dövründə ət birliyinin yardımçı binası kimi istifadə olunan binada yanğın olub.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 250 kvadratmetrlik binanın 198 kvadratmetri yanıb. Alovun söndürülməsinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin iki maşını cəlb olunub. Hissənin rəis əvəzi Mirağa Bayramov Lent.az-a bildirib ki, yanğın haqqında məlumat hissəyə 17:38-də daxil olub. Dərhal Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar