Hacı Allahşükür Paşazadə Almaniyaya qayıdıb
Türkiyədəki qəza nəticəsində yaralanan zəvvarlardan 3-ü Bakıda xəstəxanaya yerləşdirilib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın Lent.az-a verdiyi məlumata görə, Türkiyədə 9 həmvətənimiz qalıb: “Onlardan 6-sı Sivasda, 1-i Kayseridə, 1 nəfər isə Adanada müalicə olunur. Aralarında ən ağır vəziyyətdə olan Adanaya yerləşdirilmiş xəstədir. Bir zəvvarımız isə yaxın bir adamı yaralılar arasında olduğundan Türkiyədə qalmalı olub”.
Rəhimə Dadaşova həmçinin bildirib ki, təcili olaraq Almaniyadan Türkiyəyə gələn Şeyxülislam Hacı Allahşükür Paşazadə geri qayıdıb: “Şeyx həzrətləri fövqəladə vəziyyət yarandığına görə müalicəsinin yarımçıq qoyub Türkiyəyə gəlmişdi. O, hazırda qısamüddətli məzuniyyətdədir”.
Qeyd edək ki, noyabrın 23-də Türkiyənin Sivas vilayətində baş vermiş qəza nəticəsində 5 həmvətənimiz ölmüş, 29 nəfər isə yaralanmışdı.
Nizam Rza

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57