
Maştağada marixuana və heroin satan qadın yaxalandı
0
0
Noyabrın 26-da Abşeron Rayon Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də K.Əliyevə və R.Nadirova narkotik vasitəni satmış Maştağa qəsəbə sakini Zəminə Ramazanova tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Zəminə Ramazanovanın evinə baxış keçirilib.
Evdə 2 kiloqram 50 qram marixuana və 5 qram heroin aşkar edilərək götürülüb. Zəminə Ramazanovanın evində olan 1-ci Zabrat qəsəbə sakini Nazim Ağayevdən isə 12 qram marixuana götürülüb.
Evdə 2 kiloqram 50 qram marixuana və 5 qram heroin aşkar edilərək götürülüb. Zəminə Ramazanovanın evində olan 1-ci Zabrat qəsəbə sakini Nazim Ağayevdən isə 12 qram marixuana götürülüb.
0
0