16 yaşlı oğlan həmyaşıdını qətlə yetirib
Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsində 1994-cü il təvəllüdlü Hacı Məmmədov dostu, 16 yaşlı Novruz Novruzovu bıçaqlayıb. 5 bıçaq zərbəsi almış N.Novruzov yerindəcə keçinib.
Qətllə bağlı istintaqı aparan Suraxanı rayon prokurorluğunun müstəntiqi Məhərrəm Əzizbəyov Lent.az-a iki gəncin dost olduğunu bildirib. O, qətli törətmiş H.Məmmədovun öz atası tərəfindən istintaqa təhvil verildiyini də qeyd edib. Qətldə təqsirləndirilən yeniyetmə ilkin ifadəsini verib.
Belə ki, yeniyetmələr internet klubda çat vasitəsilə qızlarla yazışırmış. Onların mübahisəsi də qız üstündə yaranıb və Hacı Məmmədov həmyaşıdına 5 bıçaq zərbəsi endirib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Nizam Rza

Oxşar yazılar

Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR
16 iyul 2025 , 17:01
Rusiyada iki uşaqlı azərbaycanlı qadının məhkəməsi BAŞLAYIR: 7 il həbs gözləyir...
16 iyul 2025 , 16:17
Azər Qasımlının məhkəməsində ittiham aktı elan olundu
16 iyul 2025 , 15:12
Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT: iranlıya görə iki nəfər TUTULDU - VİDEO
16 iyul 2025 , 14:42
Oğuz meşəsində FACİƏ: üstünə ağac aşan kişi öldü
16 iyul 2025 , 14:35
Tanınmış reperi polis saxladı, məhkəməyə çıxarılacaq
16 iyul 2025 , 14:04
İran ordusunun generalı urandan zəhərlənib öldü
16 iyul 2025 , 13:17