Azərbaycanlı qanuni oğruların Moskva qarşıdurması
Azərbaycanlı qanuni oğrular, “Quli” ləqəbli Nadir Səlifov və “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyev Moskvada göyərti topdansatış bazarı uğrunda mübarizə aparırlar.
Lent.az-ın verdiyi xəbərə görə, bu barədə “eurosmi.ru” saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Hazırda həbsxanada olan hər iki qanuni oğru ayda 500 min dollar gəlir gətirən bu topdansatış bazarına nəzarəti ələ keçirməyə can atır.
Bu gün Rusiyada kriminal aləmin azərbaycanlı nümayəndələri də bu iki qanuni oğrunun ətrafında iki düşərgəyə bölünüb. Son vaxtlar Moskvada öldürülən kriminal aləmin nümayəndələri və iş adamları məhz bu şəxslərin tərəfdarlarıdır və qarşılıqlı olaraq onların sifarişləri ilə qətlə yetiriliblər. Noyabrın əvvəlindən Moskvada 4 azərbaycanlı öldürülüb. Bundan əvvəl isə Rövşən Lənkəranskinin köməkçisi Vaqif Tukanov qətlə yetirilib.
Qeyd edək ki, R.Caniyev Ukraynada həbs olunub, N.Səlifov isə Qobustan həbsxanasında cəza çəkir.

Oxşar yazılar

Masallıda FACİƏ: qadın yanaraq öldü
7 avqust 2025 , 15:07
Balakən dağlarında ƏMƏLİYYAT: silahlı dəstə ələ keçdi
7 avqust 2025 , 15:00
62 yaşlı kişi dənizdə batdı
7 avqust 2025 , 14:18
Zaqatalada FACİƏ: 70 yaşlı kişi su anbarında boğuldu
7 avqust 2025 , 13:41
Bakıda TİKİNTİDƏ FACİƏ: usta yıxılıb öldü
7 avqust 2025 , 12:04
Şəmkirdə 7 nəfərin öldüyü qəzanın VİDEOSU - YENİLƏNİB
7 avqust 2025 , 11:52
İstirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşdü, yaralılar var
7 avqust 2025 , 09:46