Lənkəran sakini ağacın altında qalıb öldü
30 noyabr 2010 09:43 (UTC +04:00)

Lənkəran sakini ağacın altında qalıb öldü

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şolu kənd sakini 1971-ci il təvəllüdlü Vahabov Qardaş Tehran oğlu kəsdiyi ağacın altında qalıb.

Belə ki, o, kəndin yaxınlığındakı meşədə iri gövdəli ağac kəsirmiş. Bu zaman ağac onun üzərinə aşıb. 39 yaşlı Q.Vahabov xəstəxanaya aparılarkən ölüb.

Araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar