
“Qazel” 50 yaşlı piyadanı vurdu
Gəndob-Yalama yolunun 23-cü km-də piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Abşeron rayonu, Saray qəsəbəsinin sakini Aydın Rəhimov idarə etdiyi “Qazel 33-021” markalı, 50 BP 384 dövlət nömrə nişanlı avtomaşınla Xaçmaz şəhər sakini 50 yaşlı Şahbala Zalovu vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından Lent.az-a verilən məlumata görə, xəsarət alanın vəziyyəti orta ağırdır. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi Hikmət Kərimov Lent.az-a verdiyi məlumata görə, hadisə zamanı Xaçmaz şəhər sakini sərxoş olub. Faktla bağlı araşdırma aparılır.
Vəli Turan
Vəli Turan
Oxşar yazılar

Laçında yanğın olan ərazidə partlayış - VİDEO-YENİLƏNİB
17 iyul 2025 , 00:02
Zaqatalada məzuniyyətə gələn hərbçinin meyiti tapıldı
17 iyul 2025 , 00:00
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49