Toyuq oğrusu ev yiyəsini güllələdi
Qusar rayonun Çiləgir kəndində 35 yaşlı Bəhmən Hacıyevə tüfəngdən atəş açılıb. Dekabrın 6-da səhərə yaxın o, həyətdən səs-küy eşidərək çölə çıxıb və tanımadığı şəxsin həyətdə toyuqları aparmaq istədiyini görüb. Ev yiyəsini görən “qonaq” qaçmağa başlayıb.
Bəhmən Hacıyev onu tutmağa cəhd göstərərkən oğru ov tüfəngindən ona atəş açıb. Yaralanan ev yiyəsi Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, xəstənin həyatı üçün təhlükə yoxdur.
Qusar Rayon Polis Şöbəsindən Lent.az-a bildiriblər ki, silahlı oğru 6 toyuq apara bilib. Onu yaxalamaq hələlik mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vəli Turan

Oxşar yazılar

Şüvəlanda dənizdə bir nəfər batdı
17 iyul 2025 , 20:55
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05