Mübariz Mənsimov Bodrumda liman aldı
Türkiyədə yaşayan və fəaliyyət göstərən Azərbaycanlı iş adamı Mübariz Mənsimov Bodrumda bahalı qayıqlara xidmət göstərən liman alıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Mübariz Mənsimov Port Bodrum Yalıkavak Marina limanını Ceyi Kamhi adlı iş adamından alıb.
Alqı-satqı müqaviləsini Türkiyə Milli Əmlak Qurumunun təsdiqlədikdən sonra limanın icarə haqqı Palmali Şirkətlər Qrupuna keçəcək. Milli Əmlak Qurumuna rəsmən müraciət edilib və müqavilənin təsdiqlənməsi yolunda problem olacağı gözlənilmir. Mübariz Mənsimov 450 qayığa xidmət göstərən limanı genişləndirmək niyyətində olduğunu, ilkin mərhələdə bu məqsədlə 20 milyon dollar sərmayə qoyacağını söyləyib. O bildirib ki, Port Bodrum Yalıkavak Marina Bodrumun ən böyük və modern limanına çevriləcək.
Qeyd edək ki, Mübariz Mənsimov 2 il əvvəl Bodrumda bir otel satın alıb və hazırda otel “Palmalife” adı altında fəaliyyət göstərir.
İstanbulda HSBC Bankının binasını alan və 100 milyon dollar sərmayə qoyaraq onu otelə çevirən Mübariz Mənsimov “Cipriani” adı verdiyi otelin açılış tarixini də açıqlayıb. O deyib ki, otel 2011-ci il yanvarın 1-də açılacaq.

Oxşar yazılar

Şüvəlanda dənizdə bir nəfər batdı
17 iyul 2025 , 20:55
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05