Türkiyədə oğurluq edən erməni qadın yaxalanıb
09 dekabr 2010 17:19 (UTC +04:00)

Türkiyədə oğurluq edən erməni qadın yaxalanıb

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı erməni xanım mağazaya daxil olub. Mağazaya gödəkcəsiz daxil olan Anjela Taqvoryan oradakı gödəkcələrdən birini geyinib. Sonra da guya bu gödəkcə elə onunku imiş kimi sakit tərzdə mağazadan çıxıb.


Mağazanın sahibi olan 30 yaşlı Saleh erməni xanımı izləyib və mağazadan çıxan zaman onu saxlayaraq polis çağırıb. Anjela Taqvoryan polisə ifadəsində deyib ki, guya fikirli olub və gödəkcənin pulunu verməyi unudub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar