FHN-in İsrailə kömək üçün göndərilən heyəti Azərbaycana qayıdıb
APA-nın məlumatına görə, xilasedicilərin qarşılanma mərasimində nazirliyin yüksək rütbəli rəsmiləri və İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem iştirak edib.
FHN Aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirib ki, Azərbaycan heyəti İsrailin Hayfa şəhərinə dekabrın 5-də çatıb. İki gün ərzində yanğın bölgəsində 6 uçuş edilib. Ə. Qasımov deyib ki, Azərbaycanın helikopterləri İsrail xilasediciləri ilə birgə uçuşlar edərək, yanğın ocaqlarını dəqiqləşdirib: “Biz ora çatanda güclü yağış yağaraq, yanğını söndürmüşdü. Biz əlavə kəşfiyyat uçuşları etdik”.
Ə. Qasımovun sözlərinə görə, İsrail prezidenti, baş naziri, xarici işlər naziri və Hərbi Hava Qüvvələri komandanı tərəfindən Azərbaycan xilasedicilərinə xüsusi sertifikatlar da təqdim edilib. Ə. Qasımov onu da qeyd edib ki, bu, Azərbaycan yanğınsöndürənlərinin ən uzaq səfərə uçuşu olub. Bundan əvvəl isə onlar Rusiyada baş verən yanğının söndürülməsində iştirak ediblər.
İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem isə Azərbaycanın İsrailə etdiyi bu köməyə görə, prezident İlham Əliyevə və fövqəladə hallar naziri Kəmaləddin Heydərova təşəkkürünü bildirib: “Minnətdaram ki, Azərbaycan tez bir zamanda yardımla bağlı qərarını verdi və xilasediciləri göndərdi”.

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05