Misir Mərdanov nazirliyin qarşısında keçirilən aksiyaya münasibət bildirdi - EKSKLÜZİV
10 dekabr 2010 13:10 (UTC +04:00)

Misir Mərdanov nazirliyin qarşısında keçirilən aksiyaya münasibət bildirdi - EKSKLÜZİV

Azərbaycanın təhsil naziri Misir Mərdanov bu gün nazirliyin qarşısında bir qrup dindarın məktəblərdə hicabın qadağan olunmasına qarşı keçirdiyi qanunsuz aksiyaya fikir bildirib. Lent.az-a eksklüziv açıqlama verən M.Mərdanov əvvəlcə jurnalistlərin bu tip olaylara necə münasibət bəslədiyini soruşdu: “Mən bilmək istəyərdim ki, jurnalistlərin bu hadisəyə münasibəti necədi? Əvvəla, bu, Misir Mərdanovun məsələsi deyil. Azərbaycan Respublikasının Milli Məclisi qanun qəbul edib. Hər bir vətəndaşın da borcudur ki, həmin qanuna əməl etsin. Biz də öz növbəmizdə bu qanunlarımıza riayət edirik. Qanunun 14.10-cu maddəsində göstərilib ki, təhsil müəssisələrində geyim formaları həmin müəssisənin daxili nizamnaməsi əsasında müəyyən olunur”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar