Tovuzda minik avtomobili qatara çırpıldı
10 dekabr 2010 13:24 (UTC +04:00)

Tovuzda minik avtomobili qatara çırpıldı

Dekabrın 9-da saat 22.00 radələrində Tovuz Dəmir Yolu Stansiyasında qəza olub. Lent.az-ın Daxili işlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, stansiyanın 6-cı piketindəki qorunmayan keçiddə Tovuz rayon sakini Vəli Əsgərovun idarə etdiyi “VAZ 21011” yük qatarına çırpılıb. Daha sonradan onun idarə etdiyi maşın həmyerlisi Arif Alıyevin idarə etdiyi “QAZ-2410”lə toqquşub.

Hadisə nəticəsində maşınlara ziyan dəysə də ciddi xəsarət alan olmayıb.

Faktla bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar