
Dağıstanlı zəvvarların mikroavtobusu Azərbaycanda qəzaya uğrayıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq-təhqiqat şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 9-da saat 16.40 radələrində Ələt-Astara magistralının 205-ci kilometrliyində - Astara rayonunun Telman kəndi ərazisində qeydə alınıb. Dağıstan Respublikasının vətəndaşı, 1973-cü il təvəllüdlü Məhəmmədşakir Kərimovun idarə etdiyi və içərisində Məkkə ziyarətindən qayıdan hacıların olduğu “Qazel” markalı mikroavtobus Lənkəran rayon sakini, 1982-ci il təvəllüdlü Ceyhun Dadaşovun idarə etdiyi “QAZ-24” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “QAZ -24” markalı avtomobil Dağıstan Respublikasının vətəndaşı, 1963-cü il təvəllüdlü Məhəmmədşakir Musayevin idarə etdiyi “Prado” markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib. Hadisəyə avtomobillərin sürət həddini aşmasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05