İlyas İsmayılov oğlunun işi ilə bağlı Putinə açıq məktub göndərib
Ədalət Partiyasının sədri İlyas İsmayılov Rusiya baş naziri Vladimir Putinə açıq məktub göndərib. APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, İlyas İsmayılov Çelyabinsk vilayətinin Təhlükəsizlik Xidmətinin və məhkəməni qərəzli mövqe tutmaqda günahlandırıb.
O bildirib ki, oğlu Etimad İsmayılovun günahlandırıldığı “Podkorporasiya” işi sifarişlidir, yerli hakimiyyətin nəzarətsizliyi ilə bağlıdır. Partiya sədri öz məktubunu cinayət işinin materialları, ekspertlərin, hüquq müdafiəçilərin və hüquqşünasların gəldiyi nəticələr və qiymətləndirilmələr əsasında qurub.
İ. İsmayılov Çelyabinsk məhkəməsinin qərarını ədalətsiz adlandırıb: “Çelyabinsk vilayətində hüquq-mühafizə orqanlarındakı böhran açıq-aşkar görünür. Mənim oğlum günahsızdır, o yalnız öz biznesi uğrunda mübarizə aparıb və 40 milyon rublun qaytarılmasını tələb edib. Oğlumun işi ilə bağlı konfidensiallıq tələb edən məqamlar olduğu üçün Sizdən məni qəbul etməyi və dinləməyi xahiş edirəm”.
Xatırladaq ki, Etimad İsmayılov Çelyabinsk məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05