
Ağdamda ova gedən dost öz dostunu öldürdü
Dekabrın 12-də Ağdamda güllələnmə hadisəsi baş verib. Rayonun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, ova gedən dostlardan biri - işğal altında olan Mərzili kənd sakini, hazırda Quzanlı qəsəbəsində yaşayan, 1983-cü il təvəllüdlü Məmmədov Zülfiqar Maşallah oğlu ehtiyatsızlıq səbəbindən Paprəvənd kənd sakini 1978-ci ildə anadan olmuş Mustafayev Arif Böyükağa oğlunu öldürüb. Belə ki, onlar digər dostları - 1981-ci il təvəllüdlü Hüseynov Samir Mirzə oğlunun idarə etdiyi 10 BB 347 dövlət nömrə nişanlı avtomobillə Ergi adlanan əraziyə ova gedirlərmiş. Bu zaman avtomobilin arxa oturacağında əyləşən Z.Məmmədov tüfəngi doldurmaq qərarına gəlib və gözlənilmədən atəş açılıb. Nəticədə güllə ön oturacaqda əyləşən A.Mustafayevə dəyib.
Məsafə yaxın olduğundan zərbə ölümcül olub və bel nahiyəsindən yaralanan şəxs hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza
Məsafə yaxın olduğundan zərbə ölümcül olub və bel nahiyəsindən yaralanan şəxs hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza
Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05