Bakıda 21 yaşlı gənc nənəsini və bibisini bıçaqladı
Noyabrın 7-də Suraxanı rayon Hövsan qəsəbəsində nənəsi 72 yaşlı Maral Əliməmmədova və 39 yaşlı bibisi Asya Əliməmmədovanı bıçaqlayan Azər Əliməmmədov tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü Azər yaxalanıb.
Qeyd edək ki, 21 yaşlı A.Əliməmmədov nənəsi və bibisindən qisas almaq məqsədi ilə bu hərəkəti törədib. O, gecə saatlarında başına maska keçirərək nənəsi və bibisinin Hövsan qəsəbəsində yaşadığı evə soxulub və onları bıçaqlamağa başlayıb.
Artıq gənc ilkin ifadəsini də verib. O, qohumlarını anasını incitdikləri üçün bıçaqladığını deyib.
Faktla bağlı sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi ilə iş başlanılıb.
Nizam

Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05