Tovuzda qanlı faciə
Dekabrın 13-də saat 10 radələrində Tovuz rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Aşağı Ayıblı kənd sakini, 1971-ci il təvəllüdlü İsmayılov Aydın Möhsün oğlu keçmiş həyat yoldaşı, 1982-ci ildə anadan olmuş İsmayılova Samirə Kamal qızını və qayınanası 55 yaşlı Abdullayeva Nazilə Əli qızını bıçaqlayıb.
Keçmiş kürəkən hər iki qadını bıçaqlamazdan əvvəl onları döyüb və daha sonra bıçaqlayıb. Həkimlər ciddi xəsarət almış S.İsmayılovanın vəziyyətinin ağır olduğunu bildiriblər.
Lent.az-a verilən digər məlumata görə, A.İsmayılov və S.İsmayılova bir müddət əvvəl ayrılıblar. Məhkəmə daha sonra onların yaşadığı evi bölmək qərarı verib və bununla da mübahisələrin əsası qoyulub. Belə ki, keçmiş gəlin anasını da həmin evdə daimi yaşamaq üçün gətirib və ailələr arasında münaqişə daha da dərinləşib.
Artıq keçmiş həyat yoldaşı və arvadını bıçaqlayan şəxs həbs olunub. Onun barəsində cinayət işi açılıb.
Nizam Rza

Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05