Xızıda şok olay: canavar iti, it inəyi, inək isə qadını dişləyib
Xızıda görünməmiş hadisə baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xızı rayonunun Altıağac qəsəbəsində quduz canavar iti, it qəsəbədəki inəklərdən birini, inək isə onu sağan qadını dişləyib.
Hadisə dekabrın 13-də baş verib. Artıq quduz inəyin hücumuna məruz qalmış qadın xəstəxanaya yerləşdirilib. Onun adı gizli saxlanılsa da, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Dövlət Baytarlıq Xidmətindən Lent.az-a verilən məlumata görə, artıq quduzlaşmış hər üç heyvan: canavar, it və inək məhv edilib. İdarənin Xızı şöbəsinin həkimi Şahin Məmmədov onu da bildirib ki, cari il ərzində 38 nəfər it dişləməsi ilə bağlı onlara müraciət edib.
Vəli Turan

Oxşar yazılar

İsmayıllıda kişi evin həyətində ölü tapıldı
18 iyul 2025 , 12:17
Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 , 11:50
Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40