Lənkəranda körpə meyiti tapılıb
15 dekabr 2010 12:10 (UTC +04:00)

Lənkəranda körpə meyiti tapılıb

APA-nın cənub bürosunun məlumatına görə, təqribən 6-7 aylıq olan oğlan uşağının meyiti bu gün saat 10.00 radələrində şəhərinin “Hərbi şəhərcik” deyilən ərazisindəki yaşayış evlərinin birinin darvazasının qarşısında aşkarlanıb.


Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları meyitə və hadisə yerinə baxış keçiriblər. Hazırda meyit məhkəmə-tibbi ekspertlər tərəfindən xarici və daxili müayinə olunur.


Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar