Bakıda özünü yandıran qadın xəstəxanada öldü
15 dekabr 2010 15:00 (UTC +04:00)

Bakıda özünü yandıran qadın xəstəxanada öldü

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Qızıldaş qəsəbə sakini, 1966-cı il təvəllüdlü Şəfayət İbrahimova aldığı yanıq xəsarətlərindən 5 saylı Şəhər Xəstəxanasında keçinib. Həkimlərin səyinə baxmayaraq, 44 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Qızıldaş qəsəbə sakini olan Ş.İbrahimovan öz üzərinə benzin tökərək intihar edib. O, ailəsində yaranan problemlər ucbatından canına qəsd edib.

Faktla bağlı aidiyyatlı orqanlarda araşdırma başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar