Azərbaycanlı iş adamı qızını almaq üçün məhkəməyə üz tutdu
Ceyla Gölcüklünün anası və qardaşı onun qızını atasına vermək istəmirlər
Türkiyədə dekabrın 5-də vəfat edən Ceyla Gölcüklünün keçmiş əri, Azərbaycan əsilli iranlı iş adamı, beynəlxalq neft şirkəti ETI-nin prezidenti Şeri Şahnavaz qızı Leylanı öz himayəsinə götürmək üçün İstanbulda məhkəmə üz tutub.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, xəstə olduğu zaman Ceyla Gölcüklünü heç vaxt yalnız buraxmadığını söyləyən Şeri Şahnavaz deyib ki, qızı onun üçün hər şeydən öncə gəlir.
Məhkəmə qərarını yaxın vaxtlarda açıqlayacaq.
Qeyd edək ki, Ceyla Gölcüklü halallaşmaq üçün yanına çağırdığı Şeri Şahnavazdan qızları Laraya sahib çıxmasını istəyib. Lakin Ceyla Gölcüklünun anası Tülin və qardaşı Ali Şevket Gölcüklü Laranı atasına vermək istəmir, öz himayələri altına almağa çalışırlar. Çünki Laranın atasının himayəsinə keçməsi onların mal-dövlətdən də faktiki məhrum olması deməkdir. Var-dövlətdən məhrum olmamaq üçün Laranı atasına verməməyə çalışan Ceyla Gölcüklünün anası və qardaşını yola gətirmək mümkün olmayıb.
Xatırladaq ki, Ceyla Gölcüklü Azərbaycan əsilli iranlı iş adamı Şeri Şahnavazla ailə qurduqdan sonra onun həyatı daim Türkiyə ictimaiyyətinin diqqət mərkəzində olub. Universiteti bitirdikdən sonra “Interbank”da işə başlayan Ceyla Gölcüklü 1993-cü ildə Şeri Şahnavaz ilə bankda tanış olub və 3 ay sonra cütlük Londonda “Grovenor House”də evlənib, Lara adlı qızları dünyaya gəlib. 11 il sürən evlilikdən sonra cütlük 2005-ci ildə boşanıb. Məhkəmə ərinin sərvətinin yarısını Ceyla Gölcüklüyə verib. Beləliklə, onun Bodrumdaki mülkü, Muğlada bir zeytun yağı fabriki, Gökova və Marmarisdə yüzlərlə hektar torpağı olub. Bir sözlə, Ceyla Gölcüklü iş adamından boşanmasına görə aldığı 84 milyon dollar təzminatla məşhurlaşıb.
Ceyla Gölcüklü Şeri Şahnavazla evliliyindən dünyaya gələn 15 yaşlı qızı Laranı çox sevib, qızına görə bir daha heç kim ilə evlənməyəcəyini bildirib. Onun növbəti sevgilisi iş adamı Zeki Tanyeri olub və cütlüyün 5 ildir ki, münasibətləri olsa da, evlənməyiblər.
38 yaşlı gözəl xanım 3 ay əvvəl mədəsində ağrılar hiss edib, ABŞ-a xəstəxanaya müayinə üçün gedən zaman ona mədə xərçəngi olduğu bildirilib. Türkiyəyə dönmək məcburiyyətində qalan və 14 gün xəstəxanada müalicə alan Ceyla Gölcüklü dekabrın 5-də beyin ölümü keçirib.

Oxşar yazılar

Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51
İsmayıllıda kişi toyuq hinində ölü tapıldı
18 iyul 2025 , 12:17