Tovuz, Oğuz və Qəbələ meşələrində yanğın olub
18 dekabr 2010 10:26 (UTC +04:00)

Tovuz, Oğuz və Qəbələ meşələrində yanğın olub

Meşə zolaqları mühafizə olunub


Bu gecə Tovuz rayonu, Şıxheybət kəndində Meşə Mühafizəsi və Bərpası İdarəsinə məxsus ərazidə 10ha sahədə xəzəl və kol-kos yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Yanğın gecə saat 4:21 radələrində yanğınsöndürənlər, kənd sakinləri və meşə təsərrüfatı idarəsinin işçilərinin birgə səyi nəticəsində söndürülüb.

Oğuz və Qəbələdə isə dekabrın 17-də meşə yanğınları olub. Oğuz rayonu, Xaçmaz kəndində meşə ərazisində 4ha sahədə kol-kos və xəzəl yanıb. Meşə zolağı yanğından mühafizə olunub.Yanğın saat 12:30-da yanğınsöndürənlər və meşə təsərrüfatı idarəsinin işçilərinin birgə səyi nəticəsində söndürülüb.

Dekabrın 17-də Qəbələ rayonu, Solğuca kəndində (rayon mərkəzindən 25km aralı) meşə ərazisində 3ha sahədə kol-kos, quru ot və xəzəl yanıb, meşə zolağı yanğından mühafizə edilib. Yanğın saat 14:13-də yanğınsöndürənlər, xilasedicilər və meşə təsərrüfatı idarəsinin işçilərinin birgə səyi nəticəsində söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar