Sevgilisini başından güllələyib  öldürdü
24 mart 2026 15:07 (UTC +04:00)

Sevgilisini başından güllələyib öldürdü

0

Diyarbəkirın Yenişehir rayonunda bir evdə baş verən mübahisə qətllə nəticələnib. Cafer B. sevgilisi Aleyna Yarayı tapança ilə başından vuraraq öldürüb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə axşam saatlarında Yenişehir rayonunun Üçkuyu məhəlləsində yerləşən evdə baş verib. Cafer B. ilə sevgilisi  arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Cafer B. tapança ilə Yarayın başına atəş açıb.

Kız arkadaşını tabancayla vurup öldüren erkek kendini ihbar etti - Bursa  Saati Gazetesi

Hadisədən sonra Cafer B. təcili yardıma zəng edərək məlumat verib. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Həkimlərin müayinəsi zamanı A.Yarayın həyatını itirdiyi müəyyən edilib.

Saxlanılan Cafer B. polis bölməsində aparılan əməliyyatlardan sonra məhkəmə qərarı ilə həbs edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar