Tərtərdə FACİƏ: iki qardaş  qəzada öldü
25 mart 2026 09:32 (UTC +04:00)

Tərtərdə FACİƏ: iki qardaş qəzada öldü

0

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 68 yaşlı Ağayev Nəsrəddin Müzəffər oğlu və 55 yaşlı Ağayev Yunus Müzəffər oğlu ölüb. 35 yaşlı Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar