Bakının iki rayonunda evlərdən oğurluq edənlər  tutuldu
24 mart 2026 14:51 (UTC +04:00)

Bakının iki rayonunda evlərdən oğurluq edənlər tutuldu

0

Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.

Lent.az-ın xəbərinə görə, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar.

Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar