Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 36 yaşlı R.Həsənov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (APA)




