Güclü külək Şirvan şəhərində iki evin yanmasına səbəb oldu
20 may 2009 13:10 (UTC +04:00)

Güclü külək Şirvan şəhərində iki evin yanmasına səbəb oldu

Güclü külək Şirvan şəhərində iki fәrdi yaşayış evinin yanmasına səbəb olub.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Dövlәt Yanğından Mühafizə Xidmətinin (DYMX) növbәtçi hissәsindәn mәlumat verilib. Mәlumata görә, mayın 19-da saat 18.00 radәlәrindә Xaqani küçәsi 558 və 558a ünvanda yerlәşәn Muradova İlhamə Ataxan qızına və Şükürov Ağabala Şükür oğluna mәxsus iki fərdi yaşayış evindә yanğın baş verib. Nәticәdә hər iki yaşayış evinin 135 kvadratmetr sahәsi vә dam ötrüyü tәmamilә yanıb.

Şirvan DYMX-nin şәxsi heyәtinin sәyi nәticәsindә yanğının üçüncü evə keçmәsinin qarşısı alınıb. Ev sahiblərinin və qonşuların bildirdiyinə görə, yanğına güclü külək səbəb olub. Belə ki, naqillərin qısaqapanmasından sonra qırılan elektrik xətləri evin dam örtüyünə düşərək onu alışdırıb. Nəticədə bir evin sürətlə alışan dam örtüyündəki alov küləyin köməyi ilə digər evin alışmasına da şərait yaradıb. Yanğına qısaqapanmanın səbəb olması faktını DYMX əməkdaşları da təsdiqləyib.

Faktla bağlı Şirvan DYMX-də tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar