Nazim Quliyev 6 aylıq həbsə məhkum oldu
Bu gün Nəsimi rayon Məhkəməsində “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və “Qarabağın Həcəri” kimi tanınan Səbirə Mahmudovanın “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən N. Quliyevə Cinayət Məcəlləsinin 147.2 (böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)) maddəsi üzrə bəraət verilib. Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə isə o, təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmənin dünən keçirilən iclasında S. Mahmudova N. Quliyevlə bağlı xüsusi ittiham qaydasında qaldırdığı iddianı geri götürdüyünü bəyan edib. Digər iddiaçı T. Rüstəmxanlı isə iddiasını geri götürməyib.
Qeyd edək ki, T. Rüstəmxanlı və S. Mahmudova 2008-ci il noyabrında Nəsimi rayon Məhkəməsində N. Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb və hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb. Lakin N. Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunub. O, 2009-cu il aprelin 24-də həbs olunub.
“İdeal” qəzetinin təsisçisinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən də CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə də ittiham irəli sürülüb, araşdırma gedir.

925