Fərda Qədirovun dəfni ilə bağlı ilginc məlumatlar
“Başqa adla dəfn olunması mümkün deyil, ancaq dəfn olunduğu yer məxfi saxlanıla bilər”
Bu il aprelin 30-da silahlı şəxs tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən faciə ilə bağlı Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı üçüncü birgə məlumatda hadisəni törətmiş Fərda Qədirovun meyitinin basdırılması xəbəri də yer alıb. Birgə məlumatda qeyd olunub ki, “valideynlərinin və yaxınlarının Fərda Qədirovun meyitinin qəbulundan imtina etmələri səbəbindən cəsədi sahibsiz kimi torpağa verilib”.
Lakin terrorçunun harada basdırıldığı qeyd olunmayıb. Lent.az-ın əməkdaşı Bakı şəhərində sahibsiz meyitlərin basdırıldığı 2 qəbiristanlıqda olub. Lakin Qədirovun nə “Volçyi vorota” (“Qurd qapısı”) adlanan “Ümumvətəndaşlıq qəbiristanlığı”nda, nə də Hövsandakı “Şəhər qəbiristanlığı” adlanan qəbiristanlıqda basdırılmadığı məlum olub. Hər iki qəbiristanlıqda basdırılan sahibsiz meyitlərin siyahısı var. Siyahılar hər qəbiristanlığın giriş qapısında yerləşən idarədədir. “Ümumvətəndaşlıq qəbiristanlığı”nda siyahı olan jurnalı Lent.az-ın əməkdaşına göstərən idarə işçiləri orada “Qədirov Fərda Əsəd oğlu” ad-soyadlı şəxsin basdırılmadığını sübut edib. Qəbiristanlığın işçiləri qeyri-rəsmi söhbət zamanı da ADNA-dakı hadisəni törədən şəxsin həmin qəbiristanlıqda dəfn edilmədiyini bildirib.
Hövsan qəsəbəsindəki “Şəhər qəbiristanlığı”nda sahibsiz meyit sonuncu dəfə mayın 2-də dəfn olunub. Lakin bu, rus milliyyətinə məxsus qadın meyiti olub. Burada da siyahı göstərilən zamanı məlum olub ki, ümumiyyətlə son bir neçə ay ərzində bu məzarlıqda Qədirov soyadlı şəxs basdırılmayıb.
F.Qədirovun basdırılmasının da yer aldığı rəsmi xəbər mayın 15-də yayılıb. Lent.az-ın əməkdaşı “Ümumvətəndaşlıq Qəbiristanlığı”na mayın 18-də, Hövsandakı qəbiristanlığa isə mayın 19-da gedib.
Onu da bildirək ki, Lent.az-ın əməkdaşı hər iki qəbiristanlıq işçilərinə özünü sadəcə Qədirovun qohumu kimi təqdim edib.
Terrorçu başqa adla dəfn olunub?
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev Lent.az-ın əməkdaşı ilə söhbətində cəmiyyətdə rezonans doğuran bir hadisəni törətmiş insanın meyitinin basdırıldığı yerin gizli saxlanmasının normal hal olduğunu bildirib. Lakin o, meyitin başqa adla dəfn olunmasını istisna edib: “Başqa adla dəfn olunması mümkün deyil. Ancaq dəfn olunduğu yer məxfi saxlanıla bilər. Məxfi saxlanmanı isə qanunauyğunluq kimi qəbul etmək lazımdır. Çünki əgər belə qatı cinayətkarın cəsədindən doğmaları da imtina edibsə, onun basdırıldığı yeri açıqlamaq da təhlükəlidir. Hadisə nəticəsində yaxınlarını itirənlər, zərərçəkmişlər var. Hamının isə tərbiyəsi, əqidəsi, ideyası, hüquqi dünya görüşü eyni deyil. Yəni, gedib onun qəbri üzərində təhqiramiz hərəkətlər edə bilərlər. Bu özü isə cinayət qanunvericiliyində nəzərdə tutulmuş cinayət tərkibli əməldir. Başqa sözlə, bir cinayət qurtarmamış meyitin torpağa basdırılmasından sonra başqa bir cinayət əməli baş verə bilərdi. Onun meyitini doğmaları indi götürməyib, imtina edib. Ancaq sabah onlar yazılı ərizə də verə bilər ki, övladımızın qəbri üstündə təhqiramiz hərəkətlərə yol verilib. Bundan sonra isə cinayət işi qaldırılmalı, hərəkəti edən axtarılmalı, səbəbləri araşdırılmalıdır”.
M.Hacıyev Bakıda sahibsiz meyitlər üçün iki yerin ayrılmasına baxmayaraq, F.Qədirovun meyitinin başqa qəbiristanlıqda dəfn olunmasını da istisna etməyib: “Hökm deyil ki, “Qurd qapısı”, yaxud Hövsandakı “Şəhər qəbiristanlığı”nda basdırılsın. Onun meyiti vətəndaşı olduğu Gürcüstanda da basdırıla bilər. Bakının rayonlarından birinin ərazisindəki qəbiristanlıqlardan birində də dəfn edilə bilər. Mənim öz təcrübəmdə belə şey olub. Düzdür, meyit cinayətkara deyil, hansısa naməlum adama məxsus olub. Elə olub ki, inzibati ərazidə şəxsiyyəti müəyyən olmayan meyit tapılıb. Bir müddət onun şəxsiyyətinin müəyyən olunmasına çalışmışıq. Bu mümkün olmadıqda isə müvafiq rayon İcra Hakimiyyətinin və rayondakı qəbiristanlıq rəhbərliyinin iştirakilə meyit dəfn olunub. Ancaq hökmən qəbiristanlıqda olmalıdır. Qəbiristanlıqdan başqa bir yerdə dəfn olunması az ehtimal olan haldır. Çünki gələcəkdə həmin yerdə hansısa tikinti-abadlıq işləri aparılarkən meyit tapıla, cinayət işi açıla, meyitin kimə məxsus olması araşdırıla bilər. Bu əlavə problemlər yarada bilər. Ona görə də meyitin harada gəldi basdırılması qəbulolunmazlığı ilə yanaşı inandırıcı deyil”.
Pərvin ABBASOV

1027