İki dələduz vətəndaşların 215 min dollarını mənimsəyib
04 iyun 2009 12:00 (UTC +04:00)

İki dələduz vətəndaşların 215 min dollarını mənimsəyib

Onlar Masallı və Bakı sakinlərinin etibarından sui-istifadə ediblər

Vətəndaşların külli miqdarda pulunu mənimsəyən 2 nəfər tutulub.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Masallı RPŞ əməkdaşları tərəfindən iyunun 2-də dələduzluq etdiklərinə görə S.İsmayılov və D.İmanova saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2008-ci il ərzində rayon sakinləri Xaləddin Axundovun, Qədir Əhmədovun, Zahid Azayevin, Baba Xəlilovun, Xeyrulla Əhədovun, Mais Məmmədovun, Aydın Əsədovun, Şahhüseyn Hüseynovun, Hacıəli Hacıyevin, Cəlilabad rayon sakinləri Abdulla Əliyevin, Məhəmmədəli Abbasovun və Bakı şəhər sakini Elşən Rəhimovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 4.700, 7.200 manat, 17.000, 13.500, 30.000 dollar, 6.600, 15.600 manat, 31.800, 20.000, 12.000, 24.500 və 24.500 dollar almaları müəyyənləşdirilib.
# 816

Oxşar yazılar