“Qarabağ”ın oyununa görə metronun iş rejimi  dəyişir
13 avqust 2026 11:46 (UTC +04:00)

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişir

0

“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də keçiriləcək oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Lent.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Həmçinin, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. ”Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar