Azərbaycanlı dünya çempionu qəsdən adamöldürməyə cəhddə suçlanır
01 iyul 2009 10:00 (UTC +04:00)

Azərbaycanlı dünya çempionu qəsdən adamöldürməyə cəhddə suçlanır

0
O, Nabranda davada bir nəfəri bıçaqlayıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaydasız döyüş üzrə dünya çempionu Sənan Dünyamalıyev və Zabit Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend News-un mlumatına görə, qəsdən adamöldürməyə cəhd və xuliqanlıqda ittiham olunan şəxslər ötən ilin avqustunda Nabrandakı istirahət mərkəzlərinin birində istirahət edərkən 6 nəfər Xaçmaz rayon sakini ilə dava ediblər.
Prosesdə ifadə verən təqsirləndirilənlər özlərini elan olunan ittiham üzrə qismən təqsirli biliblər.
Bildiriblər ki, barda olarkən Xaçmaz rayonundan olan tanımadıqlar 6 nəfər şəxslər onlara sataşıb. Bundan sonra aralarında mübahisə yaranıb və həmin şəxsləri döyüblər.
Dünyamalıyev özünü müdafiə məqsədi ilə üstündəki bıçaqla həmin şəxslərdən birini bıçaqlayıb.
Proses iyulun 8-də zərərçəkmişlərin ifadələri ilə davam etdiriləcək.
Qeyd edək ki, Lent.az-ın araşdırması nəticəsində Sənan Dünyamalıyevin qaydasız döyüş üzrə yox, 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş universal döyüş üzrə dünya çempionatının qalibi olduğu müəyyənləşib. “İnter” Peşəkar İdman Klubunun üzvü olan Dünyamalıyev 65 kq çəki dərəcəsində çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar