Kürdəmirdə "Jiquli" traktora çırpıldı, ölənlər var  - YENİLƏNİB
25 oktyabr 2025 20:21 (UTC +04:00)

Kürdəmirdə "Jiquli" traktora çırpıldı, ölənlər var - YENİLƏNİB

0

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların adları məlum olub.

Lent.az xəbər verir ki, N. Əbilovun idarə etdiyi traktorla İ. Hüseynovun idarə etdiyi “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə Uğur Rəşad oğlu Hüseynov və anası, Vüsalə Rəfail qızı Hüseynova ölüb.

Səmiyə Əbülfət qızı Hüseynova, İlkin Əli oğlu Hüseynov və Yusif Rəşad oğlu Hüseynov isə ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Polis əməkdaşları hadisə yerində araşdırma aparır. (APA)

***

19:21

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-imişli avtomobil yolunda qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil traktora çırpılıb. Nəticədə minik avtomobilində olan 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar