Yevlaxda AĞIR QƏZA:  2 nəfər ölüb
26 oktyabr 2025 18:51 (UTC +04:00)

Yevlaxda AĞIR QƏZA: 2 nəfər ölüb

0

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və “КамАЗ” markalı iki yük avtomobili toqquşub, 2 nəfər yük avtomobilində sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar