Bakı-Astara yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb.
Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 qadın və 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər. Xəstəxanadan verilən məlumata görə, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./ APA