Maykl Ceksonun ayağı çürüməyə başlayıbmış
16 iyul 2009 16:00 (UTC +04:00)

Maykl Ceksonun ayağı çürüməyə başlayıbmış

“Onun ölümünə mənşəyi məlum olmayan iynələr səbəb olub”

Popun kralı Maykl Ceksonun ölümündən həftələr keçsə də, onunla bağlı məlumatlar səngimək bilmir.

Lent.az-ın məlumatına görə polis Maykl Ceksonun ölümünün səbəblərini araşdırır. Əldə edilən görüntülər onun öldürüldüyü barədə iddiaları təsdiqləyən mahiyyətdədir. Müğənninin ölümünə ona vurulan yüksək dozalı iynələrin səbəb olduğu ehtimalı getdikcə artır. ABŞ Dermatoloji Akademiyasının həkimi Debra Jaliman Ceksonun şəkillərində ayağında böyük bir yara olduğunu söyləyib. Onun sözlərinə görə, həmin yarada artıq ətin çürüdüyü, damarlarının oyulduğu görünür ki, buna da səbəb nədən vurulduğu məlum olmayan iynə izləridir.

“Ayaqlardakı çürümə bədənin hər yerinə yayıla bilər. Dərisində əmələ gələ ağ ləkələrin səbəbi də bilinmir”, -de yə həkim bildirib.
# 449

Oxşar yazılar