“Bakıda peyda olmuş seksual manyak”ın şok iddiaları
0
0
Aprelin 1-də Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılan 1984-cü il təvəllüdlü Məmmədov Elçin Nuru oğlunun üstünə təcili tibbi yardım çağırılıb. Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, idarəyə gələn həkimlər təqsirləndirilən şəxs kimi təcridxanada saxlanılan E.Məmmədovun bədəninin müxtəlif yerlərində xəsarətlər aşkarlayıblar. Dərhal təcridxanaya prokurorluq əməkdaşları da gəliblər.
Xəsarətlərin nə vaxt və hansı şəraitdə yaranması sualına cavab verən E.Məmmədov bir neçə polis əməkdaşını onu döydüyünü iddia edib. O bildirib ki, martın 31-də saat 22 radələrində tanımadığı 5 polis əməkdaşı onu MST-dan binanın 3-cü mərtəbəsindəki otağa aparıblar və xəsarət yetiriblər.
Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Ceyhun Axundov isə E. Məmmədovun yalan ifadə verdiyini bildirib. Şöbə rəisi Lent.az-a açıqlamasında qeyd etdi ki, həmin şəxs əvvəllər də məhkum olunub: “Bu adam indiyədək 8 qızı bədbəxt eləmiş şəxsdir. Müxtəlif yollarla 8 qızı aldadıb, qaçırdıb. Hələ iki qızı Şərur rayonunda atasının yanında qoyub qayıdıb. Atası da onu oğulluqdan çıxardıb. Yəni tamamilə cəmiyyət üçün təhlükəli şəxsdir, ondan çox şey gözləmək olar”.
C. Axundov onu da bildirdi ki, təqsirləndirilən şəxs E.Məmmədov böyrək xəstəliyindən əziyyət çəkir və bundan istifadə edərək, həbsdən yayınmaq istəyir: “O özü də bilir ki, indiyədək yeniyetmə qızların başına gətirdiyi olaylar heç kriminal aləm tərəfindən də yaxşı qarşılanmır. Odur ki, hər vəchlə həbsxanaya getməməyə çalışır”.
Artıq məsələ ilə bağlı müvafiq ekspertizalar təyin olunub. Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Məmmədov Cinayət Məcəlləsinin 144 (adam oğurluğu) və 185-ci (maşın oğurluğu) maddələri ilə mühakimə olunur. E.Məmmədov bir müddət əvvəl “Bakıda peyda olmuş seksual manyak” adı ilə də məşhur olub
Nizam RZA